Biləsuvarda 15 yaşlı qız dəm qazından zəhərlənib.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə Biləsuvar şəhəri ərazisində yerləşən evlərdən birində qeydə alınıb.
Belə ki, Biləsuvar şəhər sakini, 2008-ci il təvəllüdlü Z. Məhhərəmova hamamda olarkən dəm qazından zəhərlənib.
Daha sonra o, rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.