Biləsuvarda çaylarda suyun səviyyəsi kəskin artıbbackend

Biləsuvarda çaylarda suyun səviyyəsi kəskin artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İntensiv yağıntılar nəticəsində Biləsuvarda su hövzələrində suyun səviyyəsi kəskin artıb.

Bu barədə İnterpress.az-a yerli sakinlər məlumat verib.

Bildirilib ki, nəticədə rayon ərazisindən keçən Cənubi-Muğan kanalında və Bolqar çayında suyun həcmi çoxalıb.

Xatırladaq ki, bir müddət öncə hər iki su hövzəsində kəskin şəkildə azalma baş vermişdi.

Qeyd edək ki, bir neçə gün öncə rayon ərazisinə aylıq norma həcmində yağıntı düşüb və bu bir sıra fəsadlara yol açıb.