Küveyt humanitar və tibbi yardım üçün qurulan “hava körpüsü”ndən münaqişələrlə mübarizə aparan Sudana ilk uçuşunu açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Küveyt Xarici İşlər Nazirliyindən yardım uçuşlarının gündə bir dəfə olmaqla dörd gün ardıcıl davam edəcəyi bildirilib.
Yardım qərarı Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah, vəliəhd Şeyx Meşəl əl-Əhməd əl-Cabir əs-Sabah və Nazirlər Şurası tərəfindən qəbul edilib.
“Mövcud şəraiti nəzərə alaraq, qardaş ölkə Sudana təcili humanitar və tibbi yardım göndərilməlidir”, – bəyanatda deyilir.
Bildirilib ki, Küveyt Qızıl Aypara Cəmiyyəti, Xarici İşlər və Müdafiə Nazirliyi humanitar və tibbi yardımların ən qısa zamanda çatdırılması üçün birgə çalışır.
Qeyd edək ki, Sudanda ordu ilə polis arasında aprelin 15-i səhər saatlarından etibarən toqquşma başlayıb.
Qarşıdurmalarda həyatını itirənlərin sayının 550-yə, yaralı sayının isə 4926-ya çatdığı bildirilib.