Cənubi Amerika ölkəsi olan Ekvadorda martın 27-də baş verən sürüşmə nəticəsində həyatını itirənlərin sayının 51-ə yüksəldiyi bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ekvador Milli Risk İdarəetmə Katibliyindən verilən açıqlamada Çimborazo əyalətinin Alausi qəsəbəsində baş verən sürüşmə nəticəsində ölənlərin sayının artdığı bildirilib.
Təbii fəlakətdə həyatını itirənlərin sayının 51-ə yüksəldiyi, itkin düşənlərin axtarışlarının davam etdiyi qeyd edilib.
Səlahiyyətlilər hələ də yerin altında 37 nəfərin olduğunu və cəsədlərə çatmaq üçün ciddi iş aparıldığını bildirib.
Sürüşmə zamanı 163 evin dağıldığı, 57 evin isə tamamilə dağıldığı açıqlanıb.
Yerli mətbuatda yayılan xəbərlərdə bölgədəki dağda bir müddətdir çatların əmələ gəldiyi və bunun da sürüşməyə səbəb olduğu iddia edilib.






