“Apple”in satışları gözləntiləri üstələdibackend

“Apple”in satışları gözləntiləri üstələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın texnologiya nəhənglərindən olan Apple-ın əldə etdiyi gəlirin yanvar-mart dövründə illik 3 faiz azalaraq 94,8 milyard dollara çatmasına baxmayaraq, bazar gözləntilərini üstələyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Apple yanvar-mart dövrü üçün balans hesabatını açıqladı.

Apple tərəfindən edilən açıqlamaya görə, ikinci rüb olaraq qəbul edilən və aprelin 1-də başa çatan rüblük balans hesabatında şirkətin gəliri əvvəlki ilin eyni dövrünə görə yüzdə 3 azalaraq 94,8 milyard dollar olub. Ötən ilin eyni dövründə şirkət 97,3 milyard dollar gəlir əldə edib.

Qeyd edilən azalmaya baxmayaraq, bazar gözləntilərini üstələyən şirkətin gəlirinin bu dövrdə 92,9 milyard dollar olacağı gözlənilirdi.

Ötən ilin eyni dövründə 25 milyard dollar olan Apple-ın xalis mənfəəti 3,4 faiz azalaraq 24,2 milyard dollar olub. Şirkətin səhm üzrə mənfəəti bu müddət ərzində dəyişməyərək 1,52 dollar səviyyəsində qalıb.

Qeyd edək ki, bu dövrdə “Apple”in smartfon satışları artarkən, planşet və kompüter satışları azalıb.

Yanvar-mart dövründə iPhone satışlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz artaraq 51,3 milyard dollara çatıb.

Eyni dövrdə iPad satışları 12,8 faiz azalaraq 6,7 milyard dollara, Mac satışları isə 31,3 faiz azalaraq 7,2 milyard dollara düşüb.

“Apple”in Baş İcraçı Direktoru (CEO) Tim Kuk, çətin makroiqtisadi şərtlərə baxmayaraq, şirkətin maliyyə nəticələrinin xidmət gəlirlərində rekordlar qırdığını bildirib.

Yanvar-mart aylarında iPhone satışlarında rekord rekordun qırıldığını qeyd edən Kuk, quraşdırılmış aktiv cihazların bazasını bütün zamanların ən yüksək səviyyəsinə çatdırmaqdan məmnun olduqlarını ifadə edib.

Kuk, 2030-cu ilə qədər karbon-neytral məhsullar və tədarük zəncirlərinin yaradılması istiqamətində irəliləyiş də daxil olmaqla, uzunmüddətli investisiyalar etməyə davam etdiklərini söyləyib.