Belçikada terror aktları planlaşdıran 7 nəfər saxlanılıbbackend

Belçikada terror aktları planlaşdıran 7 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikada terror aktı planlaşdırdığı və DEAŞ terror təşkilatına bağlı qrupla əlaqəsi olduğu bildirilən 7 nəfər saxlanılıb.

BBu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belçika Federal Prokurorluğundan Flaman bölgəsinin Roeselare, Menen, Ostend, Wevelgem və Gent şəhərlərində bir neçə dəfə axtarış aparıldığı və ümumilikdə 7 nəfərin nəzarətə alındığı bildirilib.

İŞİD terror təşkilatına bağlı qrupla əlaqəsi olan şəxslərdən 4-nün çeçen, 3-nün isə belçikalı olduğu qeyd edilib.

Açıqlamada ittihamların terror təşkilatında iştirak və terror aktı planlaşdırmaq olduğu da vurğulanıb.

Belçika Təhdidlərin Təhlili Koordinasiya Agentliyi (OCAM) yuxarıda qeyd olunan inkişafdan sonra terror riskinin orta səviyyədə olduğunu bildirib.