Almaniyada yanğın: biri uşaq olmaqla iki nəfər ölübbackend

Almaniyada yanğın: biri uşaq olmaqla iki nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın şimalındakı Şlezviq-Hosteyn əyalətinin Flensburq şəhərində bir binada baş verən yanğında biri uşaq olmaqla iki nəfər ölüb.

BBu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Almaniyada binada baş verən yanğında biri uşaq olmaqla iki nəfər ölüb.

Flensburq Polis İdarəsindən ölənlərin şəxsiyyətləri ilə bağlı hələlik məlumat verilmədiyi, yanğında çoxlu sayda yaralının olduğu qeyd edilib.

Almaniyanın DPA xəbər agentliyi yaralıların sayını 9 olaraq açıqlayıb.

Xəbərdə bildirilib ki, səlahiyyətlilər sakinlərdən qapı-pəncərələri, havalandırma və kondisionerləri söndürməyi xahiş ediblər.

Səbəbi hələ məlum olmayan yanğın səbəbindən uçmaq təhlükəsi ilə üzləşən binada 40 nəfərin yaşadığı bildirilib.