Dünyaca ən təhlükəli vulkanı aktivləşib, 1054 nəfər təxliyə edilibbackend

Dünyaca ən təhlükəli vulkanı aktivləşib, 1054 nəfər təxliyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qvatemalada Fueqo vulkanının aktivləşməsi ilə əlaqədar bölgədə 1054 nəfər təxliyə edilib.

BBu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biri olan 3763 metr yüksəklikdəki Fueqo yenidən aktivləşib.

Onun artıq tüstüləndiyi müşahidə edilir.

Onun tüstüsünün bölgədə 100 min insana təsir edə biləcəyi qeyd edilib.

Mülki müdafiə rəsmisi Oskar Kossio da qeyd edib ki, vulkanın yaxınlığındakı 5 yaşayış məntəqəsindən 1054 nəfər təxliyə olunaraq müvəqqəti sığınacaqlara aparılıb.

2018-ci ildə Fueqo vulkanının püskürməsi nəticəsində 194 nəfər həyatını itirib, 234 nəfər isə itkin düşmüş hesab edilib.