Şimali İraq və Suriyada 13 terrorçu zərərsizləşdirilib.
İnterpress.az Türkiyə mediasınaistinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Şimali İraq və Suriyada 3 gündə 13 terrorçu zərərsizləşdirilib.
O, terrorla mübarizənin qətiyyətlə davam etdirildiyini, İraqın şimalındakı terror yuvalarının terrorçuların başı üzərində bir-bir dağıdıldığını, Suriyanın şimalında yaradılması nəzərdə tutulan terror dəhlizinin darmadağın edildiyini, eləcə də terrorçuların qazdıqları çuxurlara basdırıldığını deyib.