Fransa hökuməti quraqlıq səbəbindən cənub bölgəsində üzgüçülük hovuzlarının satışını qadağan edəcəyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, ölkənin Şərqi Pireney bölgəsi su qıtlığından əziyyət çəkdiyi bir vaxtda insanların hovuzlarını doldurmasına icazə verilə bilməz.
Qərarın mayın 10-da qüvvəyə minəcəyi qeyd edilib.
Qeyd edək ki, Fransanın cənubunun çox hissəsi 1959-cu ildən bəri ən quraq mövsümü yaşayır.
Hazırda Fransada həyata keçirilən suya qənaət tədbirləri insanların çəmənliklərini və çiçəklərini sulamasını və ya avtomobillərini yumasını qadağan edir.