Kambocada qızıl mədəninin çökməsi nəticəsində 4 işçi ölübbackend

Kambocada qızıl mədəninin çökməsi nəticəsində 4 işçi ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kambocanın Kampong Thom bölgəsində qızıl mədənində baş verən çökmə nəticəsində 4 nəfər həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Kampong Thom meşəlik ərazisində yerləşən Snong An kəndində qanunsuz qızıl mədəni fəaliyyət göstərirmiş.

Belə ki, mədəndə baş verən çökmə nəticəsində 4 işçinin həyatını itirdiyi bildirilib.

Məlumata görə, kəndlilər maddi imkanları olmadığı üçün mədənçiliklə məşğul olublar.

Burada 2012-ci ildən bəri mədən işlərinin aparıldığını bildirilib və daha əvvəl belə böyük qəzanın baş vermədiyi bildirilib.