Kanadada meşə yanğınları: fövqəladə vəziyyət elan edilibbackend

Kanadada meşə yanğınları: fövqəladə vəziyyət elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın Alberta əyalətində ötən həftə başlayan və yayılan meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Alberta əyalətinin baş naziri Danielle Smith keçirdiyi mətbuat konfransında əyalətdə fövqəladə vəziyyət elan etdiklərini açıqlayaraq, nəzarətdən çıxan meşə yanğınlarının daha çox insanı evlərini tərk etməyə məcbur etdiyini bildirib.

“Görünməmiş böhran”

Baş nazir Smit Albertadakı meşə yanğınını “görünməmiş böhran” kimi qiymətləndirib:

“Mən hər kəsi əmin etmək istəyirəm ki, dövlətimiz bu problemin öhdəsindən gəlmək üçün düzgün alətlərə, düzgün texnologiyaya, düzgün resurslara malikdir və onlar lazım olan dəstəyi alacaqlar”.

Danielle Smith indiyədək təxminən 122 min hektara yaxın meşənin yandırıldığını və lazım gələrsə, federal hökumətin kömək etməyə hazır olduğunu bildirib.

Albertanın şimalında və mərkəzində aktiv meşə yanğınlarının sayının 110-a yüksəldiyini qeyd edən Smith təxminən 25.000 insanın evlərini tərk etmək məcburiyyətində qaldığını və indiyə qədər 5.200 adamın təxliyə edildiyini söyləyib.

İsti və quru hava şəraitinin meşə yanğınlarının sürətlə yayılmasına səbəb olduğunu izah edən Yanğınla Mübarizə Mərkəzinin sözçüsü Kristi Taker isə media brifinqində deyib: “Yüksək təhlükə dövründəyik. Amma buna baxmayaraq bu il mərkəzdə çalışan yanğınsöndürənlərin sayı da çoxdur”.

Taker əlavə edib ki, 300-ə yaxın yanğınsöndürən, ətraf şəhərlərdən və digər əyalətlərdən gələn qruplarla birlikdə yanğınlara cavab verib, təxliyə edilənlər isə idman zallarında, yarmarkalarda və icma mərkəzlərində yerləşdirilib.

Təxliyyə olunanlar pulsuz müvəqqəti yaşayış yeri ilə təmin edilir, ərzaq xidmətləri, geyim, sağlamlıq xidməti və onların heyvanlarına qulluq göstərilir.

Bu arada, Alberta Ştat Səhiyyə Departamenti yanğın bölgələrinə yaxın olduğu üçün Edson Sağlamlıq Mərkəzini müvəqqəti bağlayıb. Mərkəzdə qalan 90 xəstə başqa xəstəxanalara köçürülüb.