Hindistanda təyyarədə əqrəb sərnişini sancıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Təyyarə dezinfeksiya edildikdən sonra əqrəbin tapılıb.
Hindistanın Air India aviaşirkətinin açıqlamasında təyyarədə əqrəbin sərnişini sancması kimi nadir və üzücü hadisənin yaşandığı bildirilib.
Təyyarə Mumbay hava limanına enən zaman həkimlər qadın sərnişinə müdaxilə edib və sərnişin xəstəxanada müalicə olunduqdan sonra buraxılıb.
Qeyd edək ki, Hindistanın Air India aviaşirkətinin 2019-cu ildə Bhopal-Mumbay reysini həyata keçirən təyyarəsində sərnişinə təklif olunan yeməkdə tarakanlar tapılıb.
2018-ci ildə Nyu-York-Mumbay reysini həyata keçirən Air India-nın təyyarəsində böcəklər biznes klassda üç uşağı ilə səyahət edən sərnişini dişləyib.