Qanada Lassa epidemiyası başa çatıbbackend

Qanada Lassa epidemiyası başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanada heyvandan insana keçən və ölümlə nəticələnə bilən Lassa qızdırması epidemiyası başa çatıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, müalicə alan insanlar sağalıb və evə buraxılıb.

“Lassa qızdırması və ya başqa bir yoluxucu xəstəlikdən yayınmaq üçün insanlarla birbaşa və dolayı təmasdan qaçmalıyıq və infeksiyalardan qaçmaq üçün əllərimizi mütəmadi olaraq yumalıyıq”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının kriteriyalarına görə, epidemiyanın bitdiyini elan etmək üçün bölgədə 42 gün ərzində yeni yoluxma aşkar edilməməlidir.