Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli şəhərində polislə vətəndaş arasında insident olub.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
İmir kəndində baş verən hadisə zamanı polis sərxoş sürücünü saxlamaq istəyib, sürücü ona tabe olmayıb və nəticədə sürücü ilə polis arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı sürücü polisə fiziki təzyiq göstərib.
Sürücü polis şöbəsinə aparılıb.