ABŞ-da avtomobil avtobus dayanacağında qanunsuz mühacirləri vurub: 7 ölübackend

ABŞ-da avtomobil avtobus dayanacağında qanunsuz mühacirləri vurub: 7 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Texas ştatında SUV tipli avtomobilin avtobus dayanacağında gözləyən immiqrantlarla toqquşması nəticəsində 7 nəfər ölüb, 6 nəfər yaralanıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Brownsville polis rəisi Martin Sandoval hadisə yerində bildirib ki, qəza səhər saatlarında sığınacaqla üzbəüz avtobus dayanacağında baş verib.

Sandoval SUV tipli avtomobilin avtobus dayanacağında gözləyən nizamsız miqrantlarla toqquşması nəticəsində 7 nəfərin hadisə yerində öldüyünü, 6 nəfərin isə yaralandığını bildirib.

Polisi hadisəni törədən ispan əsilli sürücünü saxlayıb.

Xatırladaq ki, avtomobilin vurduğu şəxslərin əsasən Venesueladan gələn və ABŞ sərhədini keçən qeyri-qanuni mühacirlər olduğu qeyd edilib.