İran Xarici İşlər Nazirliyinin saytı xakerlər tərəfindən sındırılıbbackend

İran Xarici İşlər Nazirliyinin saytı xakerlər tərəfindən sındırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani nazirliyin rəsmi internet saytının sındırıldığını bildirib və sənədlərin və məlumat bazasının ələ keçirildiyi iddialarını təkzib edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Kenani Xarici İşlər Nazirliyinin internet saytının sındırılması ilə bağlı açıqlama verib.

Saytın interfeysinin kiberhücuma məruz qaldığını bildirən Kenani, lazımi ehtiyat tədbirlərinin alındığını və bütün xidmət sistemlərinin aktiv şəkildə ictimai istifadəyə açıldığını qeyd edib.

Kənani deyib: “Sosial mediada Xarici İşlər Nazirliyinə aid olduğu ilə bağlı yayılan məlumat yalan və əsassızdır. Bunun bu gün baş verənlərlə (kiberhücum) heç bir əlaqəsi yoxdur və sadəcə medianın şişirtməsidir”.

İran mətbuatında yer alan xəbərə görə, bir haker qrupunun hücumu nəticəsində Xarici İşlər Nazirliyinin internet saytı bir müddət fəaliyyətini dayandırıb. Hücumu həyata keçirən qrup nazirliyin bir çox məxfi sənədlərini ələ keçirdiyini iddia edib.

Müsadirə edilən məlumatlar arasında şəxsiyyəti təsdiq edən sənədlər, nazirliyin yazışmaları, telefon nömrələri və minlərlə nazirlik əməkdaşının siyahısı olduğu iddia edilib.

Hack edilmiş saytın ana səhifəsində ölkədə terror təşkilatı sayılan Xalq Mücahidləri Təşkilatının liderlərinin fotoları ilə yanaşı bir müddət “Xamneyiyə ölüm, yaşa Rajevi” ifadəsi də peyda olub.

“Kıyam ta Serneguni” adlı haker qrupu daha əvvəl İslam Mədəniyyəti və Ünsiyyət Qurumunun internet saytını sındıraraq 200 min fayl və sənədi ələ keçirdiklərini iddia etmişdi.