Konqoda daşqın nəticəsində ölənlərin sayı 394 nəfərə çatıbbackend

Konqoda daşqın nəticəsində ölənlərin sayı 394 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqo Demokratik Respublikasının (KDC) şərqindəki Cənubi Kivu əyalətində leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 394-ə çatıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, Cənubi Kivu əyalətinin Buşu və Nyamukubi kəndlərində iki gün əvvəl baş verən daşqından sonra daha 218 nəfərin cəsədi tapılıb.

Daşqın nəticəsində 394 nəfər həyatını itirib. Çox sayda insanın itdiyi fəlakətdə axtarış-xilasetmə işləri davam edir.

Bölgəyə yağan güclü yağış Çibira çayının daşmasına səbəb olub.

Tropik iqlim zonasında yerləşən KDC yağışlı mövsümdə tez-tez təbii fəlakətlərlə üzləşir.