Şimali Koreya həbsxanalarda ailə görüşlərini dayandırıbbackend

Şimali Koreya həbsxanalarda ailə görüşlərini dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya hökuməti ölkədəki bütün həbsxanalarda ailə görüşlərini dayandırıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Məıumata görə, Şimali Koreya hakimiyyəti “ölkədəki mürəkkəb siyasi şəraiti” əsas gətirərək həbsxanalarda ailə ziyarətlərinin dayandırılmasını əmr edib.

Mənbənin sözlərinə görə, camaat düşmənlərinin müharibə qızışdırması səbəbindən orduya qoşulmaq üçün təşkilatlanıb”, ona görə də bu mürəkkəb şəraitdə həbsxanalarda nizam-intizamın gücləndirilməsi barədə göstəriş verilib.

Mənbə bildirib ki, gündəlik kənd təsərrüfatı işləri üçün tarlaya göndərilən məhbusların sayı da azaldılıb, qalan məhbuslar isə kameralarında sosialist quruluşunu öyrənmək üçün təlim keçiblər.