Konqo Demokratik Respublikasında torpaq sürüşməsi nəticəsində azı 100 işçi şaxtalarda qalıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Şimal-Kivu əyalətində mədən sahəsində baş verən sürüşmə nəticəsində ən azı 100 işçi xəsarət alıb.
Məlumata görə, Şimali Kivu vilayətinin Rubaya bölgəsindəki Bisunzu koltan mədənində torpaq sürüşməsi baş verib.
Sürüşmədən sonra mədən çöküb.
Mədəndə axtarış-xilasetmə işlərinə başlanılıb.
Qonşu Cənubi-Kivu əyalətində ötən həftə güclü yağışlar səbəbindən daşqınlarda 394 nəfər həlak olub.
Tropik iqlim zonasında yerləşən KDC yağışlı mövsümdə tez-tez təbii fəlakətlərlə üzləşir.






