İspaniyada sudan qanunsuz istifadəyə görə 26 nəfər saxlanılıbbackend

İspaniyada sudan qanunsuz istifadəyə görə 26 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quraqlıq problemi ilə mübarizə aparan İspaniyada sudan qanunsuz istifadəyə görə 26 nəfər saxlanılıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

İspaniyanın cənubundakı Əndəlüs bölgəsindəki Malaqa şəhəri ətrafında subtropik meyvələrin yetişdirilməsi üçün 4 il ərzində təxminən 10 milyon avroluq sudan qanunsuz istifadə edildiyi müəyyən edilib.

Məlumatda bildirilib ki, saxlanılan 26 nəfər təbii ehtiyatlara və ətraf mühitə qarşı cinayət törətməkdə, ictimai suları ələ keçirməkdə və subtropik əkinlərin suvarılması üçün sudan qanunsuz istifadə etməkdə ittiham olunur.

4 il ərzində qeyri-qanuni sudan istifadə faktı ilə bağlı aparılan araşdırmalar çərçivəsində daha 44 nəfərin istintaqa cəlb olunduğunu qeyd edən jandarma rəsmiləri ölkədə su ehtiyatlarına ziyan vuran 256 qanunsuz quyu, quyu və gölməçə aşkar etdiklərini açıqlayıb.

Araşdırmalarda 3 milyon 453 min 8 kvadratmetr subtropik meyvə əkin sahəsinin qanunsuz suvarıldığı bildirilib.

Rəsmilər bildiriblər ki, indiyədək 25 milyon kubmetrdən çox qeyri-qanuni su istifadə edilib.

Əndəlüs bölgəsi İspaniyada quraqlıq problemindən ən çox təsirlənən yerlərdən biri kimi tanınır.