Hindistanda avtobus körpüdən aşıb: 22 nəfər ölübbackend

Hindistanda avtobus körpüdən aşıb: 22 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda avtobus idarəetmədən çıxaraq sonra körpüdən çay yatağına aşıb və hadisə nəticəsində 22 nəfər ölüb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Belə ki, avtobus sürücüsünün sükanı itirməsi fəlakətə səbəb olub.

Xarqone bölgəsindəki Doqarqon kəndində səhər saatlarında avtobus sürücüsü körpüdən keçərkən idarəetməni itirib.

Təxminən 50 sərnişinin olduğu bildirilən avtobus körpüdən çay yatağına düşüb.

Qəza nəticəsində 3-ü uşaq olmaqla 22 nəfər ölüb. Ölənlər arasında sürücü də var.