Çinin Tiencou-6 yük gəmisi kosmik stansiyaya çatıbbackend

Çinin Tiencou-6 yük gəmisi kosmik stansiyaya çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Yer orbitində qurduğu kosmik stansiyaya beşinci tədarük missiyasını başa vurub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Çin İnsanlı Kosmik Ekspedisiyalar Agentliyinin (CMSA) bəyanatında deyilir ki, Tiencou-6 yük gəmisi kosmik stansiyanın əsas modulunun arxa tərəfində dayanıb.

Mekik ötən gecə “Long March 7 Y7” raketi ilə Haynan adasındakı Vinçanq Kosmik Gəmi Başlatma Mərkəzindən buraxılıb.

Yük maşını kosmik stansiya üçün yanacaq, ehtiyat hissələri, texniki xidmət və tətbiq avadanlıqları, həmçinin Shincou-15 missiyası çərçivəsində hələ də stansiyada çalışan 3 nəfərlik taikonavt heyəti üçün təchizat daşıyıb.

Kosmik stansiya bundan əvvəl 29 may 2021-ci ildə Tiencou-2, 20 sentyabr 2021-ci ildə Tiencou-3, 9 may 2022-ci ildə Tiencou-4 və 12 noyabr 2022-ci ildə Tiencou-5 gəmiləri ilə yanacaqla təmin edilmişdi.