“Google” Rusiyada 3 milyon rubl cərimələnibbackend

“Google” Rusiyada 3 milyon rubl cərimələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya məhkəməsi platformanın sahibi “Google”u LGBT təbliğatını ehtiva edən “YouTube” videolarını silmədiyinə görə 3 milyon rubl (təxminən 40 min dollar) cərimələyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin (Roskomnadzor) “Google”a qarşı qaldırdığı iddiaya paytaxt Moskvada keçirilən məhkəmədə baxılıb.

Məhkəmə “YouTube”da LGBT təbliğatını ehtiva etdiyi bildirilən bəzi videoların silinmədiyini əsas gətirərək qanunlara əməl edilmədiyinə qərar verib və “Google”u 3 milyon rubl cərimələyib.

Xatırladaq ki, “Google” daha əvvəl 2021-ci ildə oxşar səbəblərə görə 7,2 milyon rubl cərimələnmişdi.