Keniyada ölmək üçün oruc tutaraq meyiti tapılanların sayı 145-ə çatıbbackend

Keniyada ölmək üçün oruc tutaraq meyiti tapılanların sayı 145-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniyada İsa peyğəmbərə qovuşmaq üçün aclıqdan ölərək meyiti tapılanların sayı 145-ə çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, kütləvi məzar axtarışları zamanı yeni cəsədlər tapılıb.

Təriqətin yerləşdiyi Malindi şəhərində hələ də 500-dən çox insanın itkin düşdüyü təxmin edilir.

Digər tərəfdən bəzi şəxslərin daxili orqanlarının çıxarıldığı müəyyən olunub.

Eyni zamanda bəzi uşaqların boğularaq öldüyü müəyyən edilib.

Təriqətin lideri Makkenzi istintaqın əvvəlində polisə meyiti tapılanların sayının 1000 nəfərə çatacağını bildirib.