2022-ci ildə dünyada 61 milyon insan məcburi köçkün vəziyyətinə düşübbackend

2022-ci ildə dünyada 61 milyon insan məcburi köçkün vəziyyətinə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildə dünyada 61 milyona yaxın insan məcburi köçkün vəziyyətində olduğu halda, bu statistika əvvəlki ilə nisbətən 60 faiz artıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Daxili Köçürülmə Monitorinq Mərkəzinin (IDMC) hesabatında 2022-ci ildə ölkədaxili yerdəyişmə rəqəmlərinin müzakirə edildiyi bildirilib.

Bu rəqəmin indiyə qədər ən yüksək daxili yerdəyişmə olduğunu qeyd edilib.

Hesabatda qarşıdurma və zorakılığın 28,3 milyon insanın didərgin düşməsinə səbəb olduğu və bu rəqəmin 60 faizinin Ukrayna olduğu vurğulanıb.

Hər il milyonlarla insanın təbii fəlakətlər səbəbiylə ev-eşiyindən didərgin düşdüyü qeyd edilən hesabatda, Pakistandakı daşqınlar və Filippindəki Noru tayfunu da daxil olmaqla təbii fəlakətlərin keçən il 32,6 milyon daxili köçkünə səbəb olduğu qeyd edilib.

Hesabatda təbii fəlakətlərin iqlim dəyişikliyi fonunda daha tez-tez yaşandığı və onların müddəti və intensivliyi artdıqca bu rəqəmlərin də artacağı gözlənilir.