Cəlilabad rayonunda uşağı avtomobil vurub.
İnterpress.az-ın məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Belə ki, ilkin məlumata görə, 2020-ci il təvəllüdlü R. İsgəndərovu minik avtomobili vurub. Azyaşlı müxtəlif bədən xəsarətləri alıb. O, rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.






