Fransada quldurluq cəhdinin qarşısını almağa çalışan restoran işçisi ölübbackend

Fransada quldurluq cəhdinin qarşısını almağa çalışan restoran işçisi ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Villeurbanne şəhərindəki restoranlardan birində oğurluq cəhdinin qarşısını almağa çalışan işçi ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, yerli vaxtla saat 03:30-da maskalı oğru Villeurbanne şəhərində fast food restoranına daxil olub.

Əlində tüfəng olan oğru restoran işçilərindən seyfdəki pulu vermələrini istəyib və bu zaman ona stul atan işçiyə atəş açıb.

Daha sonra oğru hadisə yerindən qaçıb, xəstəxanaya aparılan işçi isə dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.