Atatürkün doğulduğu əsl ev tapılıbbackend

Atatürkün doğulduğu əsl ev tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, indiyə qədər bilinən Atatürkün doğulduğu evin əslindən onun böyüdüyü ev olduğunu deyən Boutaris artıq gerçək evi təmir etdiklərini deyir. Onun sözlərinə görə əsl ev Selanikinin Lanqada rayonundadır.

“Biz Selanikdəki evin ətrafını düzəldirik. Lanqada bələdiyyə sədri də oradakı evi tanıtmaq istəyir. Doğulduğu və böyüdüyü evlər arasında əlaqə qurmaq istəyirik. Atatürk türk olsa da hər şeydən əvvəl selanikilidir. Böyük şəxsiyyətdir. Turizm üçün etmirik bunu. Selanikinin Osmanlı keçmişi bir tarixdir və biz bu tarixi ortaya çıxardıb tanıtmaq istəyirik. Düşmənlik sona çatmalıdır”.

Bələdiyyə sədrinin sözlərinə görə restavrasiya işlərinə Türkiyə yardım edəcək.

İnterpress.az