Yeni Zelandiyada 6,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Oklend adaları olduğunu açıqlayıb.
İlk təsbitlərə görə, yerin 33 kilometr dərinliyində baş verən 6,2 bal gücündə zəlzələdə can və ya mal itkisi olmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.