Kolumbiya 5 ildən sonra Cənubi Amerika Millətlər İttifaqına qayıtmağa qərar verirbackend

Kolumbiya 5 ildən sonra Cənubi Amerika Millətlər İttifaqına qayıtmağa qərar verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiya 2019-cu ildə ayrıldığı Cənubi Amerika Millətlər İttifaqına (UNASUR) qayıdacağını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Keçmiş prezident İvan Duke dövründə UNASUR-dan ayrılan Kolumbiya prezident Qustavo Petronun qərarı ilə birliyə qayıtmaq qərarına gəlib.

Petro yenidən UNASUR-a qoşulacaqlarını bildirib və birliyin adının “Cənubi Amerika Millətləri Assosiasiyası” olaraq dəyişdirilməsini tələb edib:

“Konqresə təqdim edilən qanun layihəsinin təsdiqindən sonra biz UNASUR-a yenidən qoşulmaq qərarına gəldik və zaman keçdikcə plüralizm və daimiliyi təmin etmək üçün onun Cənubi Amerika Millətləri Assosiasiyası adlandırılmasını xahiş etdik”.

2019-cu ildə UNASUR-u tərk edən Argentina martın 22-də, Braziliya isə aprelin 8-də geri qayıtdıqlarını açıqlayıb.

UNASUR Çavesin təşviqi ilə yaradılıb.

Hazırda UNASUR-un üzvü olan ölkələr Venesuela, Boliviya, Qayana, Surinam və Perudur.

UNASUR 2008-ci ildə ABŞ-ın regiondakı təsirinə qarşı, keçmiş Venesuela prezidenti Uqo Çavesin təşviqi ilə yaradılıb.

UNASUR-dakı altı ölkə 21 aprel 2018-ci ildə bloka kimin rəhbərlik edəcəyi ilə bağlı fikir ayrılıqlarına görə üzvlüklərini dayandırıb.

Boliviya, Argentina, Braziliya, Çili, Kolumbiya, Paraqvay və Peru baş katib seçimində fikir ayrılıqları səbəbilə həmin vaxt UNASUR-u müvəqqəti tərk etmək qərarına gəldiklərini açıqlayıblar.