Qanada qızıl mədənində qanunsuz fəaliyyət göstərənlər bağlanan mədəndə qalıbbackend

Qanada qızıl mədənində qanunsuz fəaliyyət göstərənlər bağlanan mədəndə qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qananın Aşanti əyalətində qızıl mədənində qanunsuz giriş nöqtələri bağlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bu zaman qanunsuz fəaliyyət göstərən onlarla işçi mədəndə qalıb.

Belə ki, AngloGold Aşanti əyalətinin Anviam bölgəsindəki mədənin qeyri-qanuni giriş nöqtələrini bağlayıb.

Şirkət giriş yerlərini bağlayan zaman orada onlarla mədənçinin olduğunu əvvəlcədən bilib.

Qeyd edək ki, tarixdə “Qızıl Körfəz” adlandırılan Qana Afrikanın ən böyük qızıl istehsal edən ölkələri sırasındadır.

Ölkədə qeyri-qanuni mədən işlərinin davam etdirilməsi həm təbiətə ziyan vurur, həm də mədənlərdə baş verən çökmələr nəticəsində insanların ölümünə səbəb olur.

Milli Qeyri-qanuni Mədən İşçi Qrupu Qanada qanunsuz mədən işlərinin qarşısını almaq üçün 3 il əvvəl yaradılıb.