Almaniyada məscid kompleksinin yandırılması şübhəsi ilə istintaq başladılıbbackend

Almaniyada məscid kompleksinin yandırılması şübhəsi ilə istintaq başladılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada Milli Gorus İslam İcmasının (İGMG) Hannover şəhərindəki Mərkəz məscidi kompleksində baş verən yanğından sonra polis araşdırmalara başlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Aşağı Saksoniya əyalətinin İslami çətir təşkilatı olan Şuranın rəhbəri Rəcəb Bilgen Hannoverdəki ən böyük məscidin yandırılma ehtimalı ilə hədəf alındığını bildirib.

Bilgen hücumun Solingendə bir türk ailəsinin 5 üzvünün ölümü ilə nəticələnən irqçi yanğının 30-cu ildönümündə baş verdiyini vurğulayaraq, hadisənin tam aydınlaşdırılmasını və ibadət yerlərinin qorunmasını tələb etdiklərini qeyd edib.

Hannover polisindən verilən açıqlamada bildirilib ki, yanğın bazar ertəsi gecəsi məscid kompleksindəki restoranın çöl hissəsində baş verib və qonşular tərəfindən söndürülüb.

Yanğın zamanı bəzi stullar, binanın çöl hissəsi və pəncərəsi zədələnsə də, məscidin içərisinə heç bir ziyan dəyməyib.

Almaniya son illərdə qaçqın böhranından sui-istifadə edən və mühacir qorxusunu artırmağa çalışan ifrat sağçı qrupların təbliğatı ilə artan irqçilik və islamafobiyanın şahidi olub.

2022-ci ildə ölkə daxilində ən azı 610 islamafobiya cinayəti qeydə alınıb, anti-İslam zorakılığı səbəbindən 62 məscidə hücum edilib və ən azı 39 nəfər yaralanıb.