ABŞ Çin və Meksikada yerləşən 17 nəfərə və təşkilata qarşı sanksiya tətbiq edibbackend

ABŞ Çin və Meksikada yerləşən 17 nəfərə və təşkilata qarşı sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası Çin və Meksikada narkotik vasitələrin istehsalı üçün istifadə olunan avadanlığın beynəlxalq yayılmasında iştirak edən 17 fiziki şəxs və təşkilatı sanksiyalar siyahısına əlavə edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) fentanil əlavə edilmiş qeyri-qanuni həblərin istehsalında istifadə olunan avadanlıqların satışı ilə birbaşa və ya dolayısı ilə məşğul olan şəxsləri və təşkilatları hədəf alıb.

Sanksiyaların Çində yerləşən 7 təşkilat və 6 nəfər, Meksikada yerləşən 1 təşkilat və 3 nəfərin hədəf alındığı, Meksikada yerləşən təşkilat və şəxslərə qarşı həyata keçirilən aksiyanın Meksika hökuməti ilə əməkdaşlıq çərçivəsində koordinasiya edildiyi bildirilib.

ABŞ Maliyyə Nazirliyinin Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə Müşaviri Brian Nelson qeyd edib ki, sanksiyalar ölkə daxilində fentanil zəhərlənməsi və ölüm hallarının artmasına səbəb olan ölümcül tədarük zəncirinin hər mərhələsini hədəfləyir.

Fentanil ehtiva edən saxta həblərin hər il minlərlə amerikalını öldürdüyünə diqqət çəkən Nelson deyib: “Bu ölümcül qlobal istehsalı pozmaq və bu dərmanların yaratdığı təhlükə ilə mübarizə aparmaq üçün qeyri-qanuni dərmanların istehsalını asanlaşdıranlara qarşı bütün səlahiyyətlərdən istifadə etməkdə qərarlıyıq”.