Bir çox Avropa ölkələri Rusiya-Ukrayna müharibəsi səbəbindən müdafiə xərclərini artırmağa üstünlük verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Polşa və Almaniya ilə yanaşı, İsveç və Finlandiya kimi ölkələr də xərclərini rekord sürətlə artırıblar.
Rusiya-Ukrayna müharibəsi tarazlığı pozub. Bu, ölkələrin müdafiə siyasətində köklü dəyişikliklərə səbəb olub.
Xüsusən də müharibəni boynunda hiss edən və imkanlarının yetərli olmadığı aşkarlanan Avropa ölkələri müdafiə xərclərini artırmağa qərar veriblər. Ən nəzərəçarpacaq artım Polşadadır.
Polşa ümumi daxili məhsulunun 4,3 faizini ordusuna ayırır.
Bu, ölkənin faktiki ehtiyacından 17 milyard avro çoxdur.
Müdafiəyə rekord xərclər
Almaniya həmçinin ordusunun modernləşdirilməsi, yeni silahların alınması və istehsalı üçün 100 milyard avro büdcə ayırıb. Bununla belə, Berlinin müdafiə xərcləri hələ də NATO-nun müəyyən etdiyi hədəfdən aşağıdır.
Almaniya iqtisadi istehsalının 1,6 faizini müdafiə xərclərinə ayırır.
Finlandiyanın hərbi xərcləri 36 faiz, Litvanın 27 faiz, İsveçinki isə 12 faiz artıb.
Nəhayət, Danimarka 10 il ərzində ölkənin müdafiəsi üçün xərcləri 3 dəfə artırmaq qərarına gəlib.
Danimarka hökuməti buna ümumilikdə 19 milyard avrodan çox vəsaitin xərclənəcəyini açıqlayıb.