Özbəkistan və Qırğızıstan arasında əvvəllər bağlanmış sərhəd-keçid məntəqələrinin açılması işlərinin fonunda sərhəd-keçid məntəqəsindəki divar sökülüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Özbəkistanın Əndican və Qırğızıstanın Cəlalabad əyalətlərindən keçən ümumi sərhədin Bekabad-Hanabad keçid məntəqəsində tikilən divar sökülüb.
Sözügedən divar 2010-cu ildə Özbəkistanın keçid məntəqəsini bağlamaq üçün tikilib.
Qırğızıstan Sərhəd Birlikləri tərəfindən verilən açıqlamada 2010-cu ildə Karasu və Qarabağ keçidlərinin, eləcə də sözügedən sərhəd qapısının qarşılıqlı keçidlərə bağlandığı xatırladılıb və tərəflərin sərhədin açılması üçün səylərinin olduğu vurğulanıb.