Şimali Koreyadan casus peyki barədə MESAJbackend

Şimali Koreyadan casus peyki barədə MESAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çenq ölkəsinin tezliklə orbitə hərbi casus peyki yerləşdirəcəyini bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

O, Pxenyanın hərbi müşahidə imkanlarını artıracağını söyləyib.

Kim Yo Jong dünən ölkəsinin uğursuz casus peyk buraxma əməliyyatından sonra açıqlama verib.

“Əminik ki, Şimali Koreyanın hərbi kəşfiyyat peyki yaxın gələcəkdə kosmos orbitində düzgün şəkildə yerləşdiriləcək və öz missiyasına başlayacaq”.

Cənubi Koreyalı millət vəkili açıqlamasında bildirib ki, raketin sıradan çıxmasına səbəb olan məsələlərin həlli həftələr çəkə bilər.

“Malliqyonq-1” kimi tanınan hərbi kəşfiyyat peykini daşıyan “Çollima-1” raketinin dənizə düşdüyü açıqlanıb.

Şimali Koreyanın KCNA agentliyi qəzadan sonra peykin hissələrinin fotosunu dərc edib.