Sudan Həkimlər Birliyi paytaxt Xartumun cənubunda intensiv atəşə tutulması nəticəsində 17 nəfərin öldüyünü, 106 nəfərin yaralandığını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Sudanda ordu ilə polis arasında toqquşmaların 47-ci günüdür.
Sudan Həkimlər Birliyindən paytaxtın cənubundakı Mayo bölgəsində dünənki intensiv və “qanlı” bombardmanlar nəticəsində 17 nəfərin öldüyü, 36-sı ağır olmaqla 106 nəfərin yaralandığı bildirilib.
Açıqlamada Beşair Təhsil Xəstəxanasında yaralıların sayının çox olması və sağlamlıq personalının qeyri-kafi olması səbəbindən müdaxilədə çətinlik çəkdiyi qeyd edilib.
Sudan Mülki Aviasiya İdarəsi humanitar yardım və evakuasiya uçuşları istisna olmaqla, hava məkanının bağlanması qərarının iyunun 15-dək uzadıldığını açıqlayıb.
Aprelin ortalarında ordu ilə polis arasında baş verən daxili qarşıdurmadan sonra Sudan hava məkanı müntəzəm hava nəqliyyatı üçün bağlanıb.