ABŞ-lı iş adamı Elon Mask yenidən dünyanın ən zəngin adamı titulunu qazanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
O, dünya milyarderləri arasında yenidən birincliyi qoruyub.
Twitter, Tesla və SpaceX-in sahibi Musk 192 milyard dollarla siyahıya başçılıq edir.
Dünyanın ən varlı adamı olan Arno, aprel ayında reytinqdə 211 milyard dollarlıq sərvətlə Maskı geridə qoydu və LVHM şirkətinin səhmlərinin dəyər itirməsi səbəbindən sərvəti 187 milyard dollara qədər azalıb.
LVMH-nin səhm dəyərinin son bir ayda yüzdə 10 dəyər itirdiyi halda, Arnaultun sərvətinin buna uyğun olaraq bir gündə 11 milyard dollar azaldığı bildirilir.
“Dünyanın ən zəngin adamları” siyahısında Amazonun sahibi Ceff Bezos 144 milyard dollar sərvətlə 3-cü, Microsoft-un sahibi Bill Qeyts isə siyahıda 4-cü yerdə qərarlaşıb.