ABŞ-ın Corciya ştatında 4 yaşlı qız evdə atasından qalan tapança ilə başına atəş açaraq ağır yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qrovtaun Polis Departamenti 24 yaşlı ata Davion Danielsin telefonla danışmaq üçün silahını yuxarı mərtəbədə qoyub aşağı endiyini bildirib.
Açıqlamada ailəsi tərəfindən xəstəxanaya aparılan qızın əməliyyat olunduğu qeyd edilib.