İsveçrənin silah şirkəti istifadə olunmayan 96 ədəd “Leopard 1” tankını Almaniyaya satmaq istəyirbackend

İsveçrənin silah şirkəti istifadə olunmayan 96 ədəd “Leopard 1” tankını Almaniyaya satmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrənin silah şirkəti olan “Ruag” istifadə olunmayan 96 ədəd “Leopard 1” tankını Ukraynaya göndərmək üçün Almaniyaya satmaq istəyir

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Silah şirkətinin sözçüsü Kirsten Hammerich Almaniyanın silah şirkəti olan “Rheinmetall”ın Kiyevə göndərmək üçün tankları almaq niyyətində olduğunu bildirib.

İsveçrədə hərbi texnikanın ixracına cavabdeh olan Dövlət İqtisadiyyat Katibliyi (SECO) “Ruaq”ın ixrac tələbini təsdiqləyib.

Qeyd edilib ki, biznes variantlarını daha yaxşı qiymətləndirmək üçün rəsmi qərar gözlənilir.

Sözügedən 96 ədəd “Leopard 1” tankının 2016-cı ildə İtaliyadan alındığı və hazırda istifadə olunmadığı bildirilir.

2022-ci ilin fevralında Ukrayna-Rusiya müharibəsi başlayandan bəri Bern hökuməti Almaniya, İspaniya və Danimarkanın İsveçrədən alınmış hərbi texnikanın Kiyevə təkrar ixracı ilə bağlı bir neçə müraciətini rədd edib.