Cəbrayıl qəsəbələrində yaş barama tədarükünə başlanılıbbackend

Cəbrayıl qəsəbələrində yaş barama tədarükünə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd təsərrüfatının inkişaf etdirilən sahələrindən biri də baramaçılıqdır.

İnterpress.az-ın məlumatına görə, Cəbrayıl rayonunda baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm işlər görülür.

İpəkçiliyin müasir infrastrukturu yaradılır.

Bu il artıq altıncı ildir ki, Cəbrayıl rayonunda ipəkqurdu bəslənilir. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 5.2 ton yaş baramanın istehsalı nəzərdə tutulub.

Hazırda yaş barama tədarükü davam etdirilir.