100 il əvvəl nəsli kəsilmiş kəpənək yenidən peyda olubbackend

100 il əvvəl nəsli kəsilmiş kəpənək yenidən peyda olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara damarlı ağ kəpənəklər 100 il əvvəl İngiltərədə nəsli kəsilməkdə olan növlər siyahısına əlavə edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Lakin bu nadir kəpənək növünə indi yenidən London yaxınlığındakı çəmənliklərdə rast gəlmək olar.

Qara damarlı kəpənəklər Londonun cənub-şərqindəki çəmənliklərdə və kolluq ərazilərdə az sayda görünməyə başlayıb.

Qeyri-mütəxəssislər bu növü yay aylarında çox rast gəlinən kələm kəpənəyi ilə asanlıqla qarışdıra bilərlər.

Ancaq uzun illərdir ki, İngiltərədə heç kim qara damarlı ağ kəpənəklərə rast gəlməyib.

Bu növ ilk dəfə 1660-1685-ci illərdə hökmranlıq edən Kral II Çarlzın dövründə İngiltərədə növlər sırasına daxil edilmişdir. 1925-ci ildə onun ölkədə mövcudluğunun rəsmən sona çatdığı müəyyən edilib.

Bu yaxınlarda bu kəpənək növü Londonun kənarında, sevimli yaşayış yeri olan yemişan və gavalı ağaclarının ətrafında müşahidə olunur.

Adından da göründüyü kimi, bu növün nümayəndələrinin qanadlarında fərqli qara damarlar var.

İngiltərədəki kəpənək növlərini və populyasiyalarını izləyən Kəpənək Qoruma Fondu bu kəpənək növünün yenidən təbiətə buraxılmış ola biləcəyini bildirir. Lakin bunun kim tərəfindən və nə üçün edildiyi məlum deyil.

Vəqf əlavə edir ki, növün yenidən ortaya çıxması müsbət qarşılansa da, bu nəsli kəsilmiş bir canlının özbaşına yenidən peyda olacağı anlamına gəlmir.