Mərakeşin qərbindəki Medyuna əyalətində özəl şirkətə məxsus binanın qismən uçması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Medyunanın Tit Mellil qəsəbəsinin sənaye zonasında tekstil firmasının binasında çökmə baş verib.
Hadisə zamanı 2 nəfər həyatını itirib, 5 nəfər yaralanıb.
Dağıntılar altında hələ də 3 nəfərin olduğu və axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Binanın çökməsinin səbəbi barədə hələlik məlumat verilməyib.