Nigeriyanın Ondo əyalətində sərnişin avtobusuna silahlı basqın zamanı 13 nəfər qaçırılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan silahlı şəxslər Ondo əyalətindən paytaxt Abucaya getmək üçün yola düşən sərnişin avtobusuna basqın ediblər.
Silahlı basqın zamanı əksəriyyəti qadın olan ən azı 13 nəfər qaçırılıb.
Nigeriyada adam oğurluğu ölüm cəzası ilə cəzalandırılır, lakin fidyə müqabilində adam oğurluğu adi haldır.