Kanada yanır, ABŞ isə tüstüdən boğulurbackend

Kanada yanır, ABŞ isə tüstüdən boğulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın Kvebek və Ontario bölgələrində baş verən meşə yanğınlarının tüstüsü ABŞ-ın qərb tərəfində yerləşən 5 ştatda havanın keyfiyyətinin pisləşməsinə səbəb olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ hökumətinə bağlı AirNow veb-saytı Nyu-York şəhəri və ətrafında havanın keyfiyyət səviyyəsini narıncıdan qırmızıya dəyişib.

Səlahiyyətlilər ürək, ağciyər və tənəffüs sistemi xəstəlikləri olanlara çölə çıxmamağa xəbərdarlıq edir.

ABŞ-ın Nyu-York əyalətinin qubernatoru Keti Hochul meşə yanğınlarının tüstüsünün təsirinə məruz qalma riski çərçivəsində 1 milyon pulsuz N95 tipli maskanın əhaliyə paylanacağını açıqlayıb. Nyu-York ştatında bəzi məktəblər bağlanıb.

Çoxsaylı idman təşkilatları və açıq hava tədbirləri ləğv edilib. Aİ Humanitar Yardım Ofisi Kanadadakı meşə yanğınlarına müdaxilə etmək üçün 280 yanğınsöndürən göndərəcəyini açıqlayarkən, yanğın tüstülərinin küləklərin təsiri ilə Norveçə də çata biləcəyi ifadə olunub.