Nigeriyanın şimalında təhlükəsizlik qüvvələrinin təşkil etdiyi əməliyyatlarda terrorçular zərərsizləşdirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Musa Danmadami təhlükəsizlik qüvvələrinin son 2 həftədə ölkənin şimal bölgəsində müxtəlif ştatlarda silahlı dəstə üzvlərinə qarşı əməliyyatlar həyata keçirdiyini bildirib.
42 silahlı dəstə üzvünün öldürüldüyünü qeyd edən Danmadami əməliyyatlar zamanı 96 dəstə üzvünün ələ keçirildiyini bildirib.
Əməliyyatlar zamanı dəstə üzvləri tərəfindən girov götürülən 9 mülki vətəndaşın xilas edildiyini bildirən Danmadami dəstələrə aid 20 silah, 7 avtomobil və mühüm döyüş sursatı ələ keçirildiyi söyləyib.