İsveç məktəblərdə kompüterlərdən kitablara qayıtmağı planlaşdırır.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Səbəb isə şagirdlərin bilik, savad və bacarıqlarının azalmasıdır.
İsveçin gündəliyində duran əsas məqsəd rəqəmsal lövhə, ekran, elektron cihazlarla vidalaşmaq və ənənəvi təhsil vasitələrinə qayıtmaqdır.
Qeyd edək ki, İsveç 15 il əvvəl müasir təhsil metodlarına keçib. Şagirdlərə hekayələri dəftərə yazmaq əvəzinə planşetdə qeydlər aparmağı öyrədiblər.
Məqsəd texnoloji imkanlar sayəsində öyrənmə müddətini qısaltmaq və beyni sürətə alışdırmaq idi.
Lakin zaman keçdikcə savadlılıq bacarıqlarının azalması müşahidə edilib. Hazır məlumatdan asılılıq artıb, tədqiqata həvəs azalıb.
Uşaqların fikirlərini ifadə etmək qabiliyyəti zəifləyib, mütaliə zəifləməyə başlayıb.
Bildirilib ki, savadlılıq qabiliyyətinin azalması informasiyaya çıxışı və şəxsiyyətlərarası ünsiyyəti məhdudlaşdıra bilər.
İsveç təhsil naziri Lotta Edholm və mədəniyyət naziri Parisa Liljestrand kitablara qayıtmağı planlaşdırdıqlarını açıqlayıb.
İki nazir bildiriblər ki, təhsildə kompüter və planşetlərdən imtina etmək olar.