Göygöl rayonunun bir neçə kəndində baş vermiş intensiv yağışlar nəticəsində yaranmış problemlər aradan qaldırılır.
Rayon İcra Hakimiyyətindən verilən İnterpress.az-a məlumata görə, sel keçən ərazilərdə canlı qüvvə və texnikalarının köməyi ilə dəymiş ziyan müəyyən olunaraq fəsadlar aradan qaldırılır.
Məlumata görə, kəndlərdə sel suları nasoslar vasitəsilə çəkilir, yollardan və həyətyanı sahələrdən lil qatı təmizlənir, xüsusi texnikalar vasitəsi ilə su ötürücü arxlar işlənərək genişləndirilir. Hazırda ərazidə bərpa işləri davam etdirilir.
Mövcud vəziyyətlə bağlı Göygöl rayon İcra Hakimiyyəti tərəfindən işlərin operativ görülməsi üçün aidiyyəti idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilib.