İranda havanın temperaturu 50 dərəcəyə çatıbbackend

İranda havanın temperaturu 50 dərəcəyə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Sistan-Bəlucistan əyalətinin Zehek və Hirmend şəhərləri 50 dərəcə isti ilə ölkənin ən isti bölgələri olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Vilayətin inzibati mərkəzi olan Zahidan şəhərində temperatur 42 dərəcəyə çatıb, bazar ertəsi günündən etibarən küləyin güclənməsi ilə hava istiliyinin azalacağına diqqət çəkib.

Küləklə birlikdə tozun daşınması da artacaq

Əyalətdə küləyin sürətinin artması ilə toz dumanlarının da artacağı bildirilib, xalqa zərurət olmadıqca açıq havaya çıxmamaq və görmə qabiliyyətinin azalması ilə nəqliyyatdan qaçmaq barədə xəbərdarlıq edilib.

Sistan-Bəlucistan Böhran İdarəetmə Baş direktoru Məcid Mohibbi də əyalətin Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində fırtınanın daşıdığı incə toz səbəbiylə mindən çox insanın xəstəxana və tibb mərkəzlərinə köçürüldüyünü açıqlayıb.